"Digər oyunlardan birini də Xankəndidə keçirmək istəyərik"
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Xankəndi şəhərində keçirilən "Qarabağ"- MOİK oyunundan sonra mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Hər kəsi təbrik edirəm. Burda ilk dəfə mətbuat konfransı keçirilir. Həddindən artıq həyəcanlıyam, neçə illərdir ki, bunu hamı həsrətlə gözləyirdi. İnanmırdıq ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə, mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışırdı, düşünürdü. MOİK də sona qədər mübarizə apardı.
– MOİK-lə bu cür ağır oyun gözləyirdiniz?
– Düzünü desəm, belə gözləmirdik. Futbolçularıma da dünən göstərmişdim ki, rəqib yaxşı müdafiə olunur, əks-hücuma keçir. Komandamızda həyəcan var idi.
– Kubokda 1/4 finala adlamısınız. İki oyun keçirəcəksiz, bəs hər ikisini burada oynamaq istəyərsiniz?
– İstəyərdik. Onlardan biri ev oyunudur. Onu Xankəndidə oynamaq istəyərik. Digər matç rəqibin ev matçıdır və onların buna razılaşıb-razılaşmayacağını bilmirəm.
– Prezident İlham Əliyev bildirdi ki, yaxın günlərdə "İmarət" stadionunun inşasına başlanılacaq. Bununla bağlı hissləriniz necədir?
– Çox gözəl xəbərdir. Cənab Prezident həmişə əsl azərbaycanlı kimi davranır və bizim tarixi ərazilərimizə sahib çıxır. Ölkə başçısı "İmarət" stadionunun yenidən mövcud olmasını istəyir. Ümid edirəm ki, bir gün orada oyun keçirəcəyik.
– Qolun vurulmasında azərbaycanlı futbolçuların iştirak etməsi sizin üçün xüsusidir?
– Xüsusi bir hiss dedikdə, mən onların hər uğuruna sevinirəm. Amma futbol kollektiv oyundur. İstənilən oyunçumuz qol vura bilər. Mən heç birinə fərq qoymuram.
– Stadion müasir futbolun tələblərinə nə dərəcədə cavab verir?
– Stadionda hər şey standartlara uyğundur. Sadəcə meydançanın ot örtüyü amili var. Bu, elə oyun idi ki, biz meydançanı düşünmürdük. Ot örtüyünün dəyişdirilməsi, məncə, gələcək planlarda olacaq.
– Nəriman Axundzadə oyundan sonra müsahibə vermədi. Bildirdi ki, siz ona qadağa qoymusunuz. Bunun səbəbi nədir?
– Bu gün qadağa qoymamışdım. Bəzən Nərimanı müsahibələrdən uzaq edirəm. Daha çox futbolu düşünməyini istəyirəm.
Qeyd edək ki, "Qarabağ"la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. "Qarabağ" hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub. Oyunu Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, şəhid ailəsi üzvləri də stadiondan izləyiblər.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi