DİM-dən yeni qiymətlərlə bağlı AÇIQLAMA: Artım az sayda məzuna təsir edəcək

DİM-dən yeni qiymətlərlə bağlı AÇIQLAMA: Artım az sayda məzuna təsir edəcəkDövlət qulluğuna qəbul üzrə imtahanların tariflərində dəyişiklik nəzərdə tutulmayıb.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, Tarif Şurasının bu gün imzalanan müvafiq qərarı ilə sertifikat almış şəxslərin müsahibədə iştirak etməsi üçün ödənişin məbləği müəyyən edilib.
Belə ki, "Dövlət qulluğu sertifikatı" olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilib. Yəni il ərzində namizədlər beş müsahibədə ödənişsiz iştirak edirlər. Beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi (35, 40, 45 və 50 manat) miqdarında olacaq. Bu qərar daha çox müsahibələrdə iştirak etmək üçün namizədlərin xaotik və düşünülməmiş seçimlərinə təsir edəcək, həmçinin onların müsahibələrə daha yaxşı və məqsədyönlü hazırlaşmalarına kömək edəcək, eyni zamanda Dövlət İmtahan Mərkəzinin əsassız maddi itkilərə məruz qalmasının qarşısını almış olacaq.
Qeyd olunmalıdır ki, xidmətlərin tariflərində edilən dəyişiklik az sayda imtahan iştirakçılarına birbaşa təsir edir. Belə ki:
- həm ümumi (9 illik) orta, həm də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və şagirdlər bunun üçün hər hansı ödəniş etmirlər. Bu imtahanlar cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna qəbul imtahanına və I-IV ixtisas qrupları üzrə qəbulun 1-ci mərhələsinə bərabər tutulduğuna görə onlar bu imtahanlarda iştirak etmirlər.
- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Beləliklə, imtahan iştirakçılarının əsas hissəsi cari il məzunları olduğu üçün onların imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.
Cari ilin məzunları yalnız öz istəklərinə əsasən ikinci qəbul imtahanında (II cəhd) iştiraka görə ödəniş edirlər. Bu imtahanda iştirak isə məcburi deyil.
Qiymət artımı əvvəlki illərdə imtahanlarda iştirak etmiş və bu il yenidən müraciət edən az sayda məzunlara təsir edəcək.
Bundan əlavə, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Əlavə olaraq qeyd edək ki, həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları (ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi) 2 il qüvvədə olur. Buraxılış imtahanlarının nəticələri ilə abituriyentlər 2 il ərzində orta ixtisas təhsili müəssisələrinin, V ixtisas qrupuna aid ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Keçən il buraxılış (qəbul) imtahanı verənlər bu il ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinə getmədən birbaşa ikinci mərhələdə iştirak edə bilərlər. Nəticəsini yaxşılaşdırmaq üçün yenidən imtahan vermək isə abituriyentlərin öz seçimidir.
Rezidenturaya qəbulda isə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Qeyd olunmalıdır ki, hazırda magistratura səviyyəsinə qəbul imtahanının iki deyil, bir mərhələdə keçirilməsi ilə bağlı müvafiq imtahanın tarifi azaldılıb, yəni əgər əvvəlki tarifə görə bakalavrlar qəbul imtahanının iki mərhələsi üçün 110 manat ödəyirdilərsə, hazırda bu imtahanın tarifi 50 manat təşkil edir.
Məlumat üçün bildiririk ki, yeni tariflər hələlik qüvvəyə minməyib. Yeni tariflər imtahan iştirakçılarına güzəştlər və digər maliyyələşmə məsələləri ilə bağlı Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək. Qərar layihəsinə əsasən, yeni tariflər qüvvəyə mindikdən sonra da xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar yenə də güzəştli, yəni köhnə tariflərlə keçiriləcək. Yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulub.

Sosial       Tarix: 27 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar xəbər az xeber.az bu gun xeber.az 2026