DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldı

DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldıMagistraturada minlərlə yer boş qaldı: Problem imtahandadır, yoxsa sistemdə?
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrini elan edib.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 faizi) dolub. Ümumilikdə 3 813 yer, o cümlədən dövlət sifarişli yerlər boş qalıb.
Maraqlıdır, minlərlə plan yerinin boş qalması təsadüfdür, yoxsa ali təhsildə dərinləşən problemin göstəricisi?
Mövzu ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu vəziyyətin yaranmasının bir neçə əsas səbəbi var:
DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldı"Bu il ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanları ötən ildə olduğu kimi yenə çoxlu boş yerlərlə başa çatdı. Ötən illə müqayisədə təxminən eyni sayda boş yer qaldı. Bunun ali təhsil müəssisələri baxımından mənfi tərəfləri var. Əlbəttə ki, bu, ali təhsil müəssisələrinin büdcəsinə təsir göstərir. Çünki ali təhsil müəssisələri əsasən tələbələrin ödədiyi təhsil haqları hesabına maliyyələşir. Boş qalan yerlər universitetlərin büdcəsinə mənfi təsir edir və müəyyən qədər akademik heyətin fəaliyyətinə də öz təsirini göstərir. Digər tərəfdən, bu gün magistratura əmək bazarında artıq vacib tələb kimi irəli sürülmür. Bu da magistratura pilləsinə marağın azalmasına və müəyyən problemlərin yaranmasına səbəb olur".
Təhsil eksperti qeyd edib ki, boş qalan yerlərin sayının artmasına imtahanın formatı da təsir edən əsas amillərdəndir:
"Bundan başqa, Dövlət İmtahan Mərkəzinin magistratura üzrə keçirdiyi imtahanlarda müəyyən ağırlaşdırıcı məqamlar var. Bunlardan ən əsası odur ki, 50 sualın hamısı məntiqi biliklərin yoxlanılmasına hesablanıb. Bundan əlavə, imtahanda 25 informatika, 20 xarici dil sualı və 5 ballıq esse nəzərdə tutulub. Bu o deməkdir ki, ümumtəhsil məktəblərində məntiq fənni tədris olunmadığı, ali təhsil müəssisələrində də bu istiqamətdə hazırlıq yetərincə olmadığı üçün abituriyentlərin bu səviyyədə məntiqi təfəkkür nümayiş etdirməsi çətinləşir. Əlbəttə, məntiqi təfəkkürün inkişaf etdirilməsi vacibdir və bu, dünya təcrübəsində də mövcuddur. Ancaq indiki şəraitdə sualların əsas hissəsinin, yəni 50 sualın tamamilə məntiqdən ibarət olması, məncə, müəyyən qədər ədalətsizlikdir. Daha məqsədəuyğun olardı ki, əvvəlcə bunun tədris bazası formalaşdırılsın, daha sonra isə imtahanlar bu formada təşkil olunsun".
Ekspert hesab edir ki, mövcud qəbul mexanizminin təkmilləşdirilməsinə ehtiyac var:
"Digər tərəfdən, ali təhsil müəssisələrinə magistr seçimində müəyyən səlahiyyətlər verilməlidir. Hazırda universitetlər magistraturaya yalnız Dövlət İmtahan Mərkəzinin nəticələrinə əsasən qəbul aparırlar. Bu isə ali təhsil müəssisələrində yaradıcı və rəqabətli mühitin formalaşması baxımından ürəkaçan mənzərə yaratmır".
Fəridə Əsədzadə

Sosial       Tarix: 30 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler