DİN-dən şəhid qardaşının şöbədə döyülməsi ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
KONKRET.azxəbər verir ki, DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-ya bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:
"Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb".
Bölmə rəisi qeyd edib ki, G.Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir həmçinin fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni