DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.
DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.
Polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.
Görülən kompleks tədbirlər nəticəsində "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.
Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edib.
Nazirlik, eyni zamanda, məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

600-dən çox bal toplayanlar tibbə qəbul olunmayacaqlar? - RƏSMİ AÇIQLAMA
Ukraynadan Moskvaya ŞOK təklif: Qara dənizdə qarşılıqlı zərbələr
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar
Makron üçüncü dəfə prezident olmaq istəyir, konstitusiya qadağasını təhqir edir – Qapalı söhbətlər üzə çıxdı
Rusiya inadından dönmür - əsas şərt açıqlandı
620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?
Kəlbəcərdə mina partlayıb
Sevastopolda Rusiya tərəfinə keçən satqın ÖLDÜRÜLDÜ - FOTO
Dərini səssizcə qocaldan 7 vərdiş: Hər gün fərqinə varmadan edirik
Tullantılar necə biznesə çevrilir? - "Tullantıların biznesi" kitabı nəşr olundu
Arıqlamaq istəyənlər bu 11 qidadan uzaq olmalıdır
Ermənistan Azərbaycandan elektrik enerjisi almaq istəyir? - Paşinyandan AÇIQLAMA
Füzulidə güclü yanğın başladı - Foto
Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
Dollar bu gün neçəyə satılır?