DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?
Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycanda manatın kursuna mümkün təsirləri də müzakirə olunur.
Bəs boğazın tam açılması dolların ucuzlaşmasına səbəb olacaq və manatın məzənnəsində dəyişiklik yaradacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, belə bir ssenaridə əsas təsir neft bazarında hiss olunacaq:
"Bu, sadəcə neftin ucuzlaşmasına gətirib çıxaracaq. Dollar isə əksinə, mövqeyini daha da gücləndirə bilər. Ona görə də Hörmüz boğazının açılmasının dolların ucuzlaşmasına səbəb olacağını düşünmürəm".
Ekspertin sözlərinə görə, baş verənlərin Azərbaycan manatının məzənnəsinə də ciddi təsiri gözlənilmir:
"Azərbaycan manatına bunun heç bir təsiri olmayacaq. Çünki ölkədə manatın məzənnəsi inzibati üsulla sabit saxlanılır. Dolların beynəlxalq bazarlarda bahalaşması və ya ucuzlaşması bizdə birbaşa məzənnə dəyişikliyi yaratmır".
Əkrəm Həsənov hesab edir ki, qlobal enerji bazarlarında qiymət dəyişiklikləri müşahidə olunsa da, yaxın perspektivdə Azərbaycanda manatın dollar qarşısındakı rəsmi məzənnəsində hər hansı dəyişiklik gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?