Doğru yolda yeni karyera imkanları: Birbank-ın "PO Growth" proqramına start verildi

Doğru yolda yeni karyera imkanları: Birbank-ın Birbank-ın gəncmütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi "POGrowth" proqramına start verildi.
azxeber.com xəbər verir ki, proqram məhsul sahibliyi sahəsində karyeraqurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.
"PO Growth"proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçimmərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsasözəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqliekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsulsahibləri, ekspert mərkəzi liderləri və "Agile" metodologiya üzrə yerlimütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik vəbacarıqlarının inkişafına töhfə verəcək.
Təlimlər məhsulunideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analizmərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə,həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram"Agile" metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılarareal iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.
Qeyd edək ki,Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən "Agile"metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsindəbankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub.Məhz bu təcrübə əsasında yaradılan "PO Growth" proqramı gələcək məhsulsahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.
Proqramın açılışmərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı vəTəşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətinivurğulayaraq bildirib: "Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsisahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onlarıninkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesabedirik. İnanırıq ki, "PO Growth" proqramı gənclər üçün həm peşəkar karyera, həmdə şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzuedir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik".
Birbank-ın həyatakeçirdiyi "PO Growth" proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər,həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusundaolanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək vəiştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanışolacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetməmədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindənibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinəxidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyəinstitutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankınmüxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 11 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?

Azərbaycanda avtomobil idxalının həcminə təsir edən amillərdən biri də gömrük rəsmiləşdirilməsi zamanı yaranan əlavə xərclərdir. Xaricdən avtomobil almaq istəyən vətəndaşlar yalnız maşının satış qiymətini deyil, gömrük rüsumu

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" v

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun xeberler bu gun sonxeberler cəbhədən son məlumatlar