Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələr intensivləşib.
Bəs dolların qlobal güclənməsi fonunda Azərbaycanda devalvasiya riski nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud iqtisadi göstəricilər yaxın perspektivdə kəskin devalvasiya ehtimalının yüksək olmadığını göstərir.
Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?Onun sözlərinə görə, dolların dünya miqyasında bahalaşması Azərbaycan iqtisadiyyatına müəyyən təzyiqlər yaratsa da, hazırkı şəraitdə manatın məzənnəsinin ciddi risk altında olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.
"Yüksək həcmdə strateji valyuta ehtiyatları, neft və təbii qaz ixracından əldə edilən sabit gəlirlər, eləcə də Mərkəzi Bankın məzənnə sabitliyini qorumaq imkanları manatı dəstəkləyən əsas amillərdir. Bu baxımdan yaxın dövr üçün kəskin devalvasiya ssenarisi real görünmür", – deyə ekspert vurğulayıb.
Akif Nəsirli qeyd edib ki, risklər tamamilə aradan qalxmış hesab edilə bilməz. Onun fikrincə, dünya enerji bazarında qiymətlərin uzun müddət aşağı səviyyədə qalması, ölkəyə xarici valyuta axınının zəifləməsi və qlobal maliyyə bazarlarında ciddi qeyri-sabitliyin yaranması halında manat üzərində təzyiqlər arta bilər.
Ekspert hesab edir ki, hazırkı makroiqtisadi vəziyyət və mövcud maliyyə ehtiyatları nəzərə alındıqda, yaxın perspektivdə kəskin devalvasiya ehtimalı aşağı qiymətləndirilir. Onun sözlərinə görə, hazırda manatın sabitliyini təmin edən əsas faktorlar qüvvədə qalır və bazarda təşviş yaradacaq iqtisadi əsaslar müşahidə olunmur.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 27 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai", "Kia" və "Toyota" markal

Valyuta dəyişdirmək istəyənlərinə diqqətinə

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, avqustun 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0356 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın 13 avqust 2026-cı il tarixinə olan rəsmi məzənnələri açıqlanıb. xəbər verir ki, 1 ABŞ dolları 1,700 manat, 1 avro 1,9593 manat, 100 Rusiya rublu 2,0510 manat, 1 Türkiyə lirəsi isə 0,0356 manat təşkil edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.44% artaraq 4.461 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.94% bahalaşara

FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb

Əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatın

Yayın istisi beyində qalıcı zədələrə səbəb ola bilər - Xəbərdarlıq

Yüksək temperatur yalnız halsızlıq və narahatlıq yaratmır. Həddindən artıq isti hava beyin funksiyalarına da mənfi təsir göstərərək ciddi, hətta qalıcı nevroloji fəsadlara səbəb ola bilər. Professor doktor Belma Doğan Günge

Məktəblərdə dərslər gec başlaya bilər - Yeni sistemə keçməyin vaxtıdır

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gələ bilər. Xüsusilə yeniyetmələrin yuxu rejimi, diqqətinin dərsə yönəlməsi və davamiyyət göstəriciləri baxımında

Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Abşeron rayonunda qətl hadisəsi baş verib. "Report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsinin "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb. Belə ki, 33 yaşlı kişi kürəyindən bıçaqlanıb. Ağı

600-dən çox bal toplayanlar tibbə qəbul olunmayacaqlar? - RƏSMİ AÇIQLAMA

"4-cü qrupda 600 baldan yuxarı nəticə göstərənlər əsasən tibb ixtisaslarına iddiaçılardır ki, onların da sayı 1212 nəfərdir". xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler futbol xeberleri hava haqqinda siyaseti xeberler bugun