Dollar və neft sürətlə ucuzlaşır: Manatın aqibəti ilə bağlı VACİB AÇIQLAMA
Son günlər dünya birjalarında dolların avro qarşısında ucuzlaşması, eləcə də neftin qiymətinin aşağı düşməsi müşahidə olunur. Ekspertlər bunu dünyada baş verən siyasi proseslərlə izah edirlər. Ancaq ucuzlaşmanın digər kiçik ölkələrə təsirləri xüsusi maraq doğurur. Bu baxımdan Azərbaycan istisna edilmir. Bəs görəsən, dolların və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına və manata necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dolların ucuzlaşması ölkə iqtisadiyyatına ciddi təsir etməyəcək:
"Çünki dolların Azərbaycan iqtisadiyyatına təsiri birbaşa manatla məzənnə siyasətində mümkündür. Azərbaycan dövləti ilə bildiyimiz kimi dolların məzənnəsini inzibati yolla müəyyənləşdirir. Hazırda 1 dollar, 1,7 manat nisbətində davam edir. Qarşıdakı dönəmdə də iqtisadi sabitliyin bu cür qalması üçün milli valyuta məzənnə stabilliyi qorunub saxlanılmalıdır".
Neftin qiymətinin uzuzlaşmasına gəlincə, ekspert bildirib ki, bu, ölkə iqtisadiyyatına mütləq öz təsirini göstərəcək:
"Uzunmüddətli dövr ərzində neft qiymətləri kəskin aşağı ensə, bu, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Amma qısamüddətli dövr ərzində neft qiymətlərinin aşağı düşməsi o qədər də təsir etməyəcək. Çünki büdcədə neftin qiyməti 70 dollardan götürülüb. Amma uzun müddət ərzində neft 75-80 dollar üzərində ixrac edilib. Bu isə orta statistik dövr üçün kifayət qədər əlverişli rəqəmdir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var