Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandıDünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətini davam etdirərsə və ya geosiyasi risklər artsa, dolların möhkəmlənməsi daha sürətli ola bilər. Bu isə qlobal maliyyə bazarlarına, eləcə də dollarla hesablaşan ölkələrin iqtisadiyyatına təsir göstərə bilər. Belə bir şəraitdə Azərbaycanda dolların məzənnəsi və maliyyə bazarına mümkün təsirlər də yenidən müzakirə mövzusuna çevrilib.
İlin sonuna qədər dollar-manat məzənnəsi ilə bağlı hansı ssenarilər daha real görünür?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırkı şəraitdə ilin sonuna qədər ən real ssenari dollar-manat məzənnəsinin 1,70 səviyyəsində qalmasıdır:
"Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnə rejimi tətbiq etmir. Manatın sabitliyi əsasən ölkənin valyuta ehtiyatları, neft gəlirləri və valyuta bazarına müdaxilə imkanları ilə təmin olunur. Əgər ABŞ-da FED faiz dərəcələrini yüksək səviyyədə saxlasa və dollar qlobal bazarlarda bahalaşsa, bu, bir çox ölkələrin valyutalarına təzyiq göstərər. Lakin bu, avtomatik olaraq manatın ucuzlaşacağı anlamına gəlmir".
İqtisadçı bildirib ki, Azərbaycanda məzənnəyə təsir edən əsas amillər daxili valyuta bazarında tələb-təklif, neftin qiyməti və Dövlət Neft Fondunun bazara valyuta satışlarıdır:
"Yalnız neft qiymətlərində uzunmüddətli kəskin eniş, ixrac gəlirlərinin əhəmiyyətli azalması və ya xarici iqtisadi şokların güclənməsi halında məzənnə ilə bağlı risklər arta bilər. Hazırkı makroiqtisadi göstəricilər fonunda isə ilin sonunadək dollar-manat məzənnəsində ciddi dəyişiklik gözlənilmir".

Sosial       Tarix: 02 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler