Dollarla bağlı VACİB XƏBƏR: Noyabrın 3-dən sonra

Dollarla bağlı VACİB XƏBƏR: Noyabrın 3-dən sonraNoyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri və fiskal təşviq paketi ilə bağlı danışıqların nəticəsi gözlənildiyi halda, ABŞ dolları beynəlxalq bazarlarda dəyər itirir.
KONKRET.az xəbər verir ki, bazar ekspertləri ABŞ-da baş verən hadisələrlə yanaşı, Avropada koronavirus epidemiyasının davam etməsi və s.halların sayının artması ilə bağlı narahatlıqlar investisiya mövqeyi tutmağın qəlizləşdiyini qeyd edirlər.
ABŞ dollarının altı əsas valyuta qarşısında dəyərini ölçən indeks keçən həftə son bir ayın ən aşağı səviyyəsinə düşüb. Avro/dollar pariteti də bir ayın ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bildirir ki, dolların zəifləməsi uzunmüddətli perspektivdə davam edəcək. Koronavirus epidemiyası səbəbindən iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş maliyyə təşviqinin tənzimlənməsi ilə bağlı danışıqlar dayandırılıb və bazar indi diqqətini seçkilərə yönəltməyə başlayıb.
Koronavirus epidemiyasının iqtisadiyyata təsirlərini yüngülləşdirmək üçün ABŞ-da qüvvəyə minməsi gözlənilən təşviq paketi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur. Nəhayət, Senatda çoxluğu təşkil edən respublikaçıların lideri, Kentukki senatoru Mitch McConnell bildirib ki, respublikaçı senatorlarla görüşündə Ağ Evə seçki öncəsi təşviq paketində güzəştə getməməyi tövsiyə edib.
Bu məsləhətin mətbuata sızması dollara təzyiqi artıran amillər sırasındadır. Ekspertlər və analitiklər bu hadisələrdən sonra valyuta bazarının "gözlə və gör" mövqeyinə keçdiyini bildirirlər.
İqtisadçılar noyabrın 3-də keçiriləcək seçkiləri "bazarların onilliklər ərzində üzləşdiyi ən böyük siyasi risk" kimi qiymətləndirib. Strateqlərin və ekspertlərin seçkidən sonrakı dövrlə bağlı gözləntiləri eyni olsa da, onları ən çox narahat edən məsələnin seçkidən sonrakı qeyri-müəyyənlik mühiti olduğunu vurğulayıblar.
ABŞ valyuta bazarında aparıcı məlumat təhlili şirkətlərindən biri olan OANDA-nın dərc etdiyi təhlildə, seçkilərin nəticələrinin tarixən müəyyən edilməsinin dollara yüksələn təsir göstərdiyi qeyd edilib.//Yenisabah

Sosial       Tarix: 19 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlə

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər en son xeberler bu gun xeber butun xeberler