Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLARDövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər.
azxeber.com "Trend"ə istinadla xəbər verir ki, özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.
Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilib
Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə qərarında yer alan müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.
Layihələrdə insan resurslarından, maddi-texniki bazadan, infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır. Müsabiqənin keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.
Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət müsabiqənin ilkin müddətindən çox ola bilməz. Dəyişikliklər barədə iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.
Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də əlaqə vasitələri göstərilir.
Müraciət etmək istəyən iddiaçılar elan edilən müddətdə "Elektron Hökumət İnformasiya Sistemi"ndə qeydiyyatdan keçməli və elektron kabinet yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq təsdiqlənməlidir.
Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.
Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata keçiriləcək
Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək. İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.
Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla qiymətləndiriləcək.
Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan olunacaq
Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər barədə məlumat nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat veriləcək.
Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər. Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün qeydiyyatdan keçirə biləcəklər.
Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.
Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların neçə ay təhsil almasından asılı olacaq.
Əgər layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə, növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü vaxt veriləcək.
Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik, illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat və sənədləri nazirliyə təqdim etməlidirlər.
Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları lisenziya alıb layihədə iştiraka çağırıb.
Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək.

Sosial       Tarix: 25 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

AYNA "Koroğlu"dan "Sea Breeze"ə gedən marşrutu bərpa edir

İyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb

Kimisi görüşə, işə və ya tədbirə hər zaman vaxtında gəlir, kimisi isə nə qədər çalışsa da, həmişə gecikir. Maraqlıdır ki, bu vərdiş hər zaman məsuliyyətsizlik və ya başqalarına hörmətsizlikdən qaynaqlanmır. Psixoloqları

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-c

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən motosiklet sürücüsü Nihad Allahverənovun fotosu yayılıb. Hadisə ötən gün baş verib. Qəza "Opel" markalı minik avtomobili il

Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?

Türkiyə lirəsi ardıcıl 27-ci həftə tarixi minimumunu yeniləyir. Bildirilir ki, milli valyutanın dollar qarşısında rekord səviyyədə ucuzlaşması Türkiyə ilə yanaşı, onun iqtisadi və siyasi təsir dairəsində olan ölkələr üçü

Günəş kremi xərçəngə səbəb olurmu?

Sosial şəbəkələrdə günəş kremlərinin dəri xərçənginə səbəb olduğu ilə bağlı yayılan iddialar elmi araşdırmalar tərəfindən təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, düzgün istifadə olunan günəş kremləri əksinə, zərərli ultrabənövşəy


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xabar az en son xeberler bu gun qurban bayrami 2026