Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildiQadına hörmət və qayğı tarixən milli mental dəyərlərimizin əsas qayəsini təşkil etmişdir. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətdə oynadığı rola, tutduğu yüksək mövqeyə hörmətlə yanaşmışdır. Yazıçı və şairlərimiz Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişdir.
"Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın."-demişdi böyük şairimiz Səməd Vurğun
Azərbaycan qadını tarixən öz mərdliyi, vətənpərvərliyi, etibarlılığı ilə seçilib.
Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insanpərvər  siyasətin nəticəsidir.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınına yüksək dəyər verərək demişdir:  "Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən  Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona  dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin  zəkalı mütəfəkkir kimi öz adını həkk etmişdir."                                                                 
Bəli, qadın Tanrının dünyaya, həyata, insanlığa bəxş etdiyi misli-bərabəri olmayan, dünyaya dahilər gətirən, həm gözəl, həm zərif, həm də çox güclü, iradəli bir varlıqdır. 
Ana haqqı Tanrı haqqıdır, çünki, Kainatı yaradan Tanrı özü özündən sonra həyatın möcüzəsi olan qadını həyat verən-dünyaya övlad bəxş edən  yaradıb. Ana yaradıb, müqəddəs yaradıb. Odur ki, "Cənnət anaların ayağı altındadır"- deyib peyğəmbərimiz.
Qadın hər şeydən əvvəl anadır. Fədakar, müdrik ana. Ana övladının qoruyucusu, dostu, məsləhətçisi, yol göstərənidir. İnsan hər yaşında anaya möhtacdır.
Azərbaycan qadını öz nurlu cöhrəsi, müdrikliyi, böyük ürəyi, mərdliyi, vətənpərvərliyi ilə seçilib. Odur ki, dilimizə "ana dili", vətənə  "Ana Vətən" demişik.
Tarix boyu Azərbaycan qadını kişilərlə çiyin-çiyinə vətənin keşiyində dayanmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Müasir dövrdə də nankor ermənilərin torpaqlarımıza göz dikdiyində qadınlarımız da kişilərlə bərabər müharibənin qaynar nöqtələrində belə qəhrəmanlıq, şücaət göstəriblər. Gültəkin Əsgərova, jurnalist Salatın Əsgərova vətən uğrunda canlarını fəda ediblər.
Vətənimizin dar günündə övladlar anaların xeyir-duasını alıb, ana vətəni qorumağa yollandılar. Mərd anaların qəhrəman övladları vətənimizi işğalçılardan təmizlədilər. Bu gün minlərlə şəhid anaları var ki, Azərbaycan xalqı onların qarşısında baş əyir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qadınlarımız haqqında demişdir: "Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir."
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmişdir.
Azərbaycan qadınının fəaliyyəti respublikamızın ictimai-siyasi həyatının bütün sahələrini əhatə edir. Qürurverici bir haldır ki, bu gün qadınlarımız da vətən qarşısında müqəddəs vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər. Onlar həyatın bütün sahələrində olduğu kimi ordu quruculuğunda da xidmət edirlər. Belə ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir.
Hər il ölkəmizdə 8 mart bayram günü kimi qeyd olunur. Bu, qadınlara olan böyük hörmət və məhəbbətdən, eyni zamanda  dövlətimizin qadına verdiyi dəyərdən irəli gəlir.
Ümummilli Liderimiz Heydər Əliyev 8 Mart-Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar."
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürüb.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Respublikamızda qadınların cəmiyyətdə rolunu yüksəltmək üçün bir sıra tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan qadını parlamentdə, bələdiyyələrdə eləcə də digər dövlət qurumlarında çalışırlar. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərində fəal iştirak edir. Ölkəmizi bütün dünyada şərəflə təmsil edirlər.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxah missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.  Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci Vitse-prezidentiinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Sosial       Tarix: 09 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler cebheden xeber en sonxeber xəbər