Dövlət qulluğunda köklü dəyişiklik: mükafat sisteminin ləğvi nəyi dəyişəcək?
Xəbər verdiyimiz kimi, "Dövlət qulluğu haqqında" qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir. Dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.
Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, bu qaydanın dəyişdirilməsi müsbət nəticələr verəcək:
"Bu qaydanın dəyişdirilməsi müsbət nəticələr verəcək. Çünki mükafatlar təyin edilərkən müəyyən sui-istifadə hallarına yol verilə bilirdi və belə ehtimallar mövcud idi. Lakin bundan sonra maaşlar sabitləşdiriləcək və artırılacaq. İşçilər bu dəyişiklikdən heç nə itirmir, əksinə daha yüksək və sabit əməkhaqqı alacaqlar".
İqtisadçı qeyd edib ki, yeni qayda büdcə və əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edəcək:
"Sözügedən yenilik işçilərin sosial vəziyyətinə müsbət təsir göstərə bilər. Bu eyni zamanda büdcə və əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edən mühüm və pozitiv addımdır".
Şahanə Ziyad
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb