Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: İmtahanlarda yenilik olacaq
"Dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq".
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) və İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda forum zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştəəsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verib:
"İnsan kapitalının iqtisadiyyata təsiri var. İldən-ilə təhsilə ayrılan maliyyə artır. Səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub. Hüquqi müstəviyə keçid üçün təqribən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə, qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir. Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştəəsaslı qiymətləndirmə modelinə keçid edəcəyik".
Məleykə Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə danışıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək