Dövlətə məxsus olan 112,7 milyon manat dəyərindəki mülk özəlləşdirildi
2021-ci ildə 59 hərrac keçirilib ki, bu hərraclarda 16 səhmdar cəmiyyətin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, dörd yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən KONKRET.az-a verilən məlumata əsasən, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.
Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib.
Ötən il ərzində dörd müəssisənin dövlətə məxsus səhm və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 milyon manatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. İnvestorlar 18 milyon manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb.
Qeyd edək ki, əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 milyon manata yaxın investisiya yatırılıb.
2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 milyon manat təşkil edib və illik proqnoz 101,6 faiz icra olunub. Bu, 2020-ci ilin göstəricisindən 51,2 milyon manat və ya 83,2 faiz çoxdur.

Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var