Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA

Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMAHörmüz boğazında gəmiçilik hərəkətinin bərpa olunması və regionda gərginliyin nisbətən azalması fonunda dünya neft bazarında qiymətlər enməyə başlayıb. Son bir neçə gündür neftin qiymətində ardıcıl ucuzlaşma müşahidə olunur.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,88 ABŞ dolları və ya 3,82 faiz azalaraq 72,46 ABŞ dollarına düşüb.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 2,85 ABŞ dolları və ya 3,9 faiz ucuzlaşaraq 69,98 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti də enərək bir barel üçün 68,79 ABŞ dolları olub.
İqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, Hörmüz boğazının açılması ilə ərəb ölkələri daha çox neft satmağa başlayıblar:
Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA"Hörmüz boğazının açılmasından sonra neftin qiyməti düşüb. Çünki ərəb ölkələri müharibə təhlükəsi olan zaman daha çox qızıl satırdılar. Əllərində olan bütün qızılı satırdılar. Nefti isə Hörmüz boğazının bağlı olmasına görə sata bilmirdilər. Hazırda isə Hörmüz boğazının açılması ilə ərəb ölkələri daha çox neft satmağa başlayıblar. İranın özü belə iyun ayı ərzində 40 milyon barel neft satmağa nail olub. Bu isə rekord göstəricilərdən biridir".
İqtisadçı ekspert bildirib ki, hazırda qızılın qiyməti artır:
"Hazırda qızılın qiyməti az da olsa, yavaş-yavaş artmağa başlayıb. Bir unsiya qızılın qiyməti təxminən 4 min 100 ABŞ dolları civarındadır".
O qeyd edib ki, əgər müharibə və gərginliklər dayanarsa, gələn il daha aşağı neft qiymətləri görə bilərik:
"Neftin qiyməti düşdükcə Azərbaycanın valyuta gəlirləri azalır. Amma hələlik burada təhlükəli vəziyyət yoxdur. Çünki Azərbaycanın büdcə parametrləri neftin bir barelinin 65 ABŞ dolları qiyməti əsasında hesablanıb. Hazırda Azərbaycan neftinin qiyməti 73-74 ABŞ dolları civarındadır. İlin əvvəlindən formalaşan orta qiymət də 65 ABŞ dollarından yüksək olduğuna görə bu il üzrə orta qiymətin də həmin səviyyədən yuxarı olacağı gözlənilir. Əgər müharibə və gərginliklər dayanarsa, gələn il daha aşağı neft qiymətləri görə bilərik".
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 02 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026