Dünya çempionatı: Şahmatçımız erməni ilə qarşılaşacaq - YENİLƏNİB

Dünya çempionatı: Şahmatçımız erməni ilə qarşılaşacaq - YENİLƏNİBBu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.
KONKRET.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək. Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə baş tutacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.
Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq.
Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1 000 0000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq.
14:09
Dekabrın 26-da Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək.
KONKRET.az xəbər verir ki, kişilər arasında Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə təmsil edəcəklər.
Qadınların turnirində isə Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Xanım Balacayeva və Gövhər Beydullayeva güclərini sınayacaqlar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, son dünya çempionatında – 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.

İdman       Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari