Dünya çempionatına necə baxacağıq? - Gecə saat 02:00, 05:00-da canlı yayım

Dünya çempionatına necə baxacağıq? - Gecə saat 02:00, 05:00-da canlı yayımFutbol üzrə 2026-cı il Dünya çempionatının ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə Şimali Amerika qitəsində təşkil olunması Yer kürəsinin digər nöqtələrində, xüsusən də Azərbaycanda yaşayan milyonlarla azarkeş üçün ciddi zaman sınağına çevrilir.
Turnirin keçiriləcəyi nəhəng coğrafiya Sakit okeandan Atlantik okeanına qədər bir neçə fərqli saat qurşağını əhatə etdiyi üçün oyunların yerli vaxtla günorta və axşam saatlarında baş tutması Bakı vaxtı ilə gecə yarısına və səhərə təsadüf edir.
KONKRET.azxəbər verir ki, azərbaycanlı futbolsevərlər üçün matçların yayım qrafiki Bakı vaxtı ilə axşam saat 20:00 və 23:00-da başlasa da, qrup mərhələsinin və pley-off mərhələlərinin bir çox önəmli qarşılaşmaları gecə saat 02:00, 05:00, hətta səhər 07:00 və 08:00 kimi olduqca əlverişsiz vaxtlarda start götürəcək. Bu nəhəng zaman fərqi futbol azarkeşlərinin gündəlik həyat ritmini alt-üst etməklə yanaşı, bir sıra sosial və fiziki problemləri də bərabərində gətirir.
Mövzu ilə bağlı mundialın ölkəmizdəki yayım hüququna malik İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov "Yeni Sabah"a bildirib ki, qarşılaşmaların əlverişsiz saatlarda baş tutması kanalda nəzərə alınıb:
"Dünya çempionatının Bakı vaxtı ilə gecə saatlarında keçiriləcək qarşılaşmaların növbəti gün günorta saatlarında təkrarı nəzərdə tutulur. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq, Azərbaycan tamaşaçısına mundialın açılış matçından final oyununa qədər bütün 104 qarşılaşmanı canlı yayımlayacağıq.
Bütün oyunların geniş icmalı operativ şəkildə İctimai TV-nin rəsmi "YouTube" kanalında yerləşdiriləcək. "Youtube"la bəzi qarşılaşmaların canlı yayımları da olacaq. Eyni zamanda, kanalın efirində hər gün günorta saatlarında həmin gecə keçiriləcək oyunların geniş icmalı təqdim ediləcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlər məlum zaman fərqinə görə matçlardan uzaq düşməsinlər".
Xatırladaq ki, Dünya Kuboku 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman       Tarix: 24 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları bu gün keçiriləcək. xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Frans

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026