Dünya çempionu Argentina olacaq, yoxsa Fransa? - FAKTLARIN TƏHLİLİ

Dünya çempionu Argentina olacaq, yoxsa Fransa? - FAKTLARIN TƏHLİLİƏvvəlcə qeyd edək ki, futbol üzrə dünya çempionatları tarixində ardıcıl olaraq iki dəfə kuboku başı üzərinə qaldırmaq iki yığmaya – İtaliya (1934-1938) və Braziliyaya (1958-1962) nəsib olub. Hazırda Fransanın da rekordçular siyahısına düşmək şansı var. Çünki yığma 2018-ci il dünya çempionatının qalibidir və hazırda yenə finala yüksəlib.
KONKRET.az xəbər verir ki, dekabrın 18-də fransızlar Argentina ilə üz-üzə gələcək. Hər halda finala yüksəlibsə, Argentina da zəif deyil:
– Qrup mərhələsindən sonrakı etapda İngiltərə Arsenalının məşhur məşqçisi olmuş Arsen Venqer çempionluğa favorit kimi Fransa ilə Mərakeşin adını çəkib. Hər iki yığma yarımfinalda elə bir-birilə mübarizə apardı və fransızlar qələbə qazandı. Qeyd edək ki, Venqer fransızdır, Mərakeş isə 1901-1956-cı illərdə Fransanın işğalında olub;
– Dünyadakı siyasi prosesləri analiz edən jurnalist kimi futbolsevər dostlara Qətər çempionunun İngiltərə-Fransa mübarizəsinin qalibi olacağını demişdim;
– Lakin Zlatan İbrahimoviç kimi ulduz oyunçunun da fikri maraq doğurub. Belə ki, o, Messinin dünya çempionu olacağını bildirib. Düzü, Messinin dünya çempionluğundan başqa, demək olar ki, bütün titulları var. Onun güclü futbolçu olmasını hamı qəbul etsə də, Maradonna pilləsinə tam qalxmaq üçün dünya kubokuna da yiyələnmək lazımdır;
– Fransanın hansısa tapşırıq, yaxud xahişə görə dünya çempionluğunu Messili Argentinaya verməsi isə inandırıcı görünmür. Bu ölkənin Prezidenti Makronun yarımfinal oyununda stadionda olması xoruzların çempionluq niyyətini biruzə verir.
Portuqaliya mundialdan kənar qalanda Kriştiano Ronaldonun göz yaşlarını yada salaq. Bunu niyə xatırlatdım? Belə yarışlar yalnız bir komandanın kuboka sahib olmasından ibarət deyil. Burada bəzi ulduz futbolçular arasında şöhrət və nailiyyət mübarizəsi gedir. Yunan-Troya savaşı ilə müqayisə etsək, Hektor, yəni Ronaldo məğlub olandan sonra Axillesin – Messinin qələbə şansları artıb. Lakin indiki vəziyyətdə Axilles son döyüşünü Herakla – Mbappeyə qarşı keçirməlidir. Bu döyüşdə qələbə qazanmaq isə qəliz olacaq. Çünki Mbappe Messinin zəif dabanını bilir və argentinalını üstələmək niyyətindədir. Bunu PSJ liderliyi uğrunda mübarizə də təsdiqləyir.
Həm də bu dünya çempionatı Ronaldo-Messi erasının sonudur.
Anar Rəhimov,
KONKRET.az

İdman       Tarix: 15 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler son.xabar kriminal xeber valyuta