Dünyanın ən təhlükəli liderləri onlardır - ŞOK SİYAHI
İspaniyada əhalinin əksəriyyəti qlobal vəziyyəti təhlükəli hesab edir.
KONKRET.azxəbər verir ki, İspaniyanın "El Pais" nəşrinin yaydığı sorğunun nəticələrinə görə, ölkə əhalisinin böyük hissəsi dünyadakı vəziyyəti mənfi qiymətləndirir və əsas təhlükə kimi ABŞ prezidenti Donald Trampı görür.
Sorğuya əsasən, respondentlərin 81%-i Trampı dünya üçün ən böyük risk hesab edir.
Onu 79,3% ilə Rusiya prezidenti Vladimir Putin, 71,2% ilə isə İsrailin baş naziri Benyamin Netanyahu izləyir.
Digər liderlər, Kim Çen In və Si Cinpin siyahıda daha aşağı yerlərdə qərarlaşıb.
Araşdırma ispan cəmiyyətində ciddi pessimizm olduğunu göstərir. Belə ki, respondentlərin 10%-dən azı gələcəkdə rifahın artacağına inanır, əksəriyyət isə yeni müharibələr və iqtisadi böhranlar gözləyir.
Sorğuda qeyd olunur ki, iştirakçıların böyük qismi ABŞ-ın gələcəkdə yeni hərbi addımlar atacağını düşünür.
Müdafiə xərcləri məsələsi isə cəmiyyətdə fikir ayrılığı yaradır: 46,3% bu xərclərin artırılmasını dəstəkləyir, 45,3% isə buna qarşı çıxır. Buna baxmayaraq, NATO üzvlüyünə münasibətdə əksəriyyət alyansda qalmağın tərəfdarıdır.
Eyni zamanda, respondentlərin təxminən yarısı ölkədə demokratiyanın qorunması üçün şəxsi riskə getməyə hazır olduğunu bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?