DYP-dən Ramazan bayramı ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.
azxeber.com xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.
İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin!
Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var