Ədliyyə Nazirliyinin sabiq əməkdaşı bu ölkədə diaspor təşkilatı yaratdı
ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Koloradoda Azərbaycan Diasporu" adlanan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyevadır.
Təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Qeyd edək ki, N.Şıxsəfiyeva bir müddət Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-a köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. N.Şıxsəfiyeva həmçinin hazırda "Baku TV"nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var