Əfsanəvi boksçu Corc Forman 76 yaşında vəfat etdi
Boks üzrə keçmiş dünya çempionu Corc Forman 76 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, ağır çəkidə döyüşən amerikalı martın 21-i həyata gözlərini yumub.
Forman 1949-cu ildə ABŞ-də anadan olub, 1969-77-ci illərdə və 1987-97-ci illərdə ağır çəki dərəcəsində yarışıb. Amerikalı Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) çempionu olub.
O, iki dəfə "The Ring" jurnalı tərəfindən "İlin boksçusu" mükafatına layiq görülüb (1973, 1976). 1994-cü ildə 45 yaşında boks tarixində ən yaşlı dünya çempionu olub.
Corc Forman karyerasının ilk məğlubiyyətini 1974-cü ildə yaşayıb. "Cəngəlliklərdə savaş"da boks tarixinin ən böyük əfsanəsi sayılan Məhəmməd Əliyə uduzub. 1977-ci ildə də Cim Yanqa uduzan Forman bundan sonra karyerasını başa vurub, amma 10 il sonra rinqlərə geri qayıdıb.
Corc 1968-ci il Olimpiya Oyunlarında da qızıl medal qazanıb. Ümumilikdə, Forman peşəkar rinqdə 81 döyüş keçirib, onlardan 76-da qalib gəlib (68-i nokautla), beşində isə uduzub.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq