"Əhalinin alıcılıq gücü qiymət artımlarında təzyiqləri qarşılayacaq səviyyədə deyil"
Bakıda avronun rəsmi məzənnəsi yüksəlib. Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəriciyə əsasən, 1 avro 1,9672 manat təşkil edib. Bu isə avronun bahalaşacağı təqdirdə idxal olunan məhsulların qiymətinin dəyişib-dəyişməyəcəyi sual doğurur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, avronun məzənnəsinin güclənməsinin hazırda bazarda qiymətlərə ciddi təsirlərindən danışmaq erkəndir.
O qeyd edib ki, son bir il ərzində avronun məzənnəsi təxminən 4-5 faizlik diapazonda özünü əks etdirib, son bir ayda avro 1,7-2 faiz ətrafında öz dəyərini artırıb: "Bu davamlı xarakter aldığı halda, əlbəttə, qiymətlərə müəyyən qədər təsiri ola bilər. Artım istiqamətli təsirləri yarana bilər. Çünki Avropa Birliyi ilə Azərbaycan arasında təxminən il ərzində 4-4,5 milyard manat dəyərində idxal münasibətləri var. Burada həm tibbi ləvazimatları, həmçinin məişət texnikası, onun hissələri, avtomobil ehtiyat hissələri, geyim, kosmetik vasitələr, içkilər və s. istiqamətində qiymət artımı meyllərinin baş verməsi mümkündür. Ən azından bu istiqamətdə təzyiqlər formalaşır. Amma nəzərə almaq lazımdır ki, qiymətlərin bazarda formalaşmasına təsir edən kifayət qədər faktorlar vardır. Hazırda əhalinin alıcılıq gücü qiymət artımları istiqamətində təzyiqləri qarşılayacaq səviyyədə deyil. Eyni zamanda şirkətlərin qiymət siyasəti və digər məsələləri nəzərə almaq lazımdır. Əvəzedicisi olmayan və ya qiymət elastikliyi zəif olan məhsul növlərində qiymət artımlarını müşahidə edə bilərik. Amma digər qiymət elastikliyi yüksək olan məhsul növlərində indiki şərtlər daxilində düşünürəm ki, qısamüddətli dövrdə ciddi qiymət artımlarını görməyəcəyik".
Xidmetler [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü