Əhalinin nəzərinə: Maaş belə hesablanacaq

Əhalinin nəzərinə: Maaş belə hesablanacaqArtıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq iş rejimi əsasında verilməsi barədə müzakirələr gedir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqinə dair təkliflərin hazırlanaraq cari ilin 1 iyun tarixinədək aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur. Sözügedən tədbir 2025-ci il üzrə Yol Xəritəsində, "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru çərçivəsində əksini tapıb. Bu proses necə reallaşacaq? Maaşların bu formada verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri var?
KONKRET.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Referans-a açıqlama verib. Emin Qəriblinin qənaətinə görə bu sistemə keçidin səbəbi odur ki, hazırda beynəlxalq miqyasda məhz bu üsulla maaşların ödənməsi həyata keçirilir və reallaşdırılır. Yəni, saatla hesablandıqda daha konkret olur, tədqiqat baxımından da daha dəqiq nəticələr əldə edilir. Üstəlik, hər hansı bir müqavilə bağlayarkən də iş saatları daha dəqiq müəyyənləşir. Elə işlər var ki, bütün günü əhatə etmir, yalnız müəyyən saatlarda yerinə yetirilir.
Eskpert onu da diqqətə çatdırıb ki, belə olduqda, həm dövlət həm də digər müəssisələrlə iş bölgüsü daha real şəkildə həyata keçirilir. Məsələn, günün bir hissəsində bir müəssisədə, digər hissəsində isə başqa bir müəssisədə işləyə bilərsiniz. İndiki aylıq əmək haqqı sistemində isə belə hallar tam dəqiq əks olunmur; yarım ştat anlayışı var, amma əslində kimin neçə saat işlədiyini müəyyən etmək çətin olur. Məsələn, siz gündə 2 saat işləyirsiniz, amma sənəddə yarım ştat işləyən şəxs kimi qeydiyyatda olursunuz. Yeni sistemdə isə iş saatlarınız dəqiq göstəriləcək.
"Bu da o deməkdir ki, insanlar bir neçə yerdə qanuni şəkildə işləyə biləcək və əlavə gəlir əldə etmək imkanları yaranacaq. Yanlış anlaşılmasın: maaş artmır, sadəcə iş saatlarınız dəqiqləşir. Bu da sizə başqa yerlərdə işləyib əlavə gəlir qazanmaq üçün şərait yaradır", – deyə Emin Qəribli əlavə edib.

Sosial       Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən yeni xəbərlər qurban bayrami 2026 sou xeberler