Əhaliyə ŞAD XƏBƏR - Maaşlar artacaq

Əhaliyə ŞAD XƏBƏR - Maaşlar artacaq2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılıb.
Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.
Bəs görəsən 2024-cü ildə ölkəmizdə müxtəlif sektorlarda maaş artımı gözlənilirmi? Bununla bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dövlət sektorunda çalışanların maaşlarında müəyyən artımın olması gözlənilir.
"Orta aylıq əməkhaqqı artım tempinə uyğun olaraq, təqaüdlərdə indeksləşdirmə aparılmalıdır və bu da təqribən 10-11 faiz civarında artım olması deməkdir. Minimum əməkhaqqı alan və dövlət müəssisələrində işləyənlərin maaşlarında da müəyyən indeksləşmə olacaq. Onun dəqiq faizi hələ ki elan olunmayıb, amma düşünürəm ki, fəaliyyət növündən asılı olaraq, təqribən 5-10 faiz arası artım ola bilər. Özəl sektora gəlincə, burada maaş artımı təəssüf ki, hər hansısa qanunla tənzimlənmir. Bu sektorda il ərzində hansısa ciddi maaş artımının olacağını düşünmürəm. Amma qeyd etdiyim kimi, dövlət və büdcə təşkilatlarında müəyyən artımlar gözlənilir". / azxeber.com

Sosial       Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son vəziyyət idman xeberleri metbuat axsam.az xeberler