Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşinTürkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu molla rejiminin tərəfdarları var. Onlar Türkiyə ilə Azərbaycanın bir arada olmasını, güclənməsini istəmirlər. Bu gərginliyi yaradanlar molla təfəkkürünə sahib olanlardır. Türkiyə ilə Azərbaycanı düşmən etmək üçün həm Türkiyədə, həm də Azərbaycanda fitnə yayır, casusluq edir, düşmənçilik törədirlər. Bunlara etibar etməmək lazımdır. Həm Azərbaycanda, həm də Türkiyədə türk övladları ayıq-sayıq olmalı, ağıllarını başlarına toplamalıdır.
KONKRET.azxəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Milliyyətçi Türk Partiyasının (MTP) sədri Əhməd Yılmaz deyib.
"Azərbaycan dövlətinin öz təhlükəsizliyi və müstəqil siyasəti naminə atdığı addımları, gördüyü işləri doğru hesab edirəm. Bu səbəbdən Azərbaycana qarşı Türkiyədə düşmənçilik edənlərə lazımi cavabları vermişəm və verməyə davam edəcəyəm.
Bunların dərdi baş örtüyü və din deyil. Bunlar türklərə düşmənçilik etmək üçün hər şeyi edərlər. Tarix boyu da belə ediblər.
Azərbaycan İran deyil, Əfqanıstan deyil, Səudiyyə Ərəbistanı deyil. Heç kim bizi bunlara bənzəməyə məcbur edə bilməz. Azərbaycanın necə bir dövlət olacağına Azərbaycan xalqı qərar verir. Başqalarına bu məsələdə söz düşmür. Azərbaycan azad və müstəqil dövlətdir. Buna alışmalı olacaqlar", – o bildirib.
Partiya sədri qeyd edib ki, Türkiyə, Azərbaycan, Türküstan və bütün türk yurdları Turandır:
"Türk dünyası Yaxın Şərq deyil. Azərbaycana ağıl vermək türk düşmənlərinin nə işidir, nə də həddidir. Onların buna nə ağılları, nə də cəsarətləri çatar. Azərbaycana düşmənçilik etmək şərəfsizlikdir".
Əhməd Yılmaz vurğulayıb ki, Oqtay Saralın (Türkiyə Prezidentinin müşaviri – red.) ardınca trollar, İran təfəkkürlü sosial media istifadəçiləri Azərbaycana qarşı düşmənçilik yaydılar:
"Türkiyə ilə Azərbaycan qardaşdır. Bu qardaşlığı heç kim poza bilməz. Dünya durduqca bu qardaşlıq davam edəcək. Ona görə də azərbaycanlı qardaşlarımız bir neçə tərbiyəsizin, ədəbsizin söylədiklərini ciddi qəbul etməsinlər.
Fateh Ərbakan (Yenidən Rifah Partiyasının sədri, "Ermənistanda belə hicab qadağan edilməyib, Azərbaycanda edilib" sözlərinin müəllifi – red.) türk dünyasını tanımır. Bu günə qədər türk dünyası ilə bağlı heç bir fəaliyyəti olmayıb. Buna görə də Fateh Ərbakanın dediklərinin türk millətinə aidiyyəti yoxdur. Onun düşüncəsi bəzi AKP-çilərin və İrandakı molla rejiminin düşüncəsindən fərqlənmir. Onlar Fələstin üçün ağlayırlar, amma Fələstinin Azərbaycana qarşı etdiklərini görmürlər. Bu gün Ermənistanda müsəlman və türk yoxdur, hicab necə qadağan olunsun? Fateh bəy ya röyadadır, ya da Ermənistanı tanımır.
Bu gün Türkiyə və Azərbaycan olaraq etməli olduğumuz şey Güney Azərbaycanı mollaların əsarətindən xilas etmək üçün əl-ələ verməkdir".

Siyasi       Tarix: 23 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığ

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Politiko" mənbələr

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun sou xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən xəbərlər