Əhvalım çox pisdir - Ofeliya Sənani
Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar.
azxeber.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
Səhhətindən danışan diktor bildirib:
"Harasa getməyə halım olmur. Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Təzyiqim yüksək olur. İynələr vurulur, heç nə təsir etmir.
Əhvalım çox pisdir. Yaşlı adamın əhvalı necə olar... Halım heç yoxdur. İstilər də məni bir tərəfdən əldən salıb".
Ofeliya Sənani 85 illiyini qeyd etməsindən də danışıb:
"Mən heç vaxt ad günü keçirməmişəm, acığım gəlir. Bu il övladlarım etdi. Mən yay-qış deməmişəm, həmişə işləmişəm. Nə istirahətə, nə də doğum günlərinə vaxtım olub".
Xatırladaq ki, Ofeliya Sənani ötən ay 85 yaşını qeyd edib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?