Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər

Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilərHörmüz boğazı ətrafında yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Qlobal enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Avropa İttifaqı məsələni gündəmə gətirib.
Avropa Birliyinə (AB) üzv ölkələr Hörmüz boğazında təhlükəsizliyin gücləndirilməsi məqsədilə bölgəyə hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edir. Bununla bağlı AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib. 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri azxeber.com-a açıqlamasında Mətin Məmmədli deyib ki, hörmüz boğazı dünyanın əsas nəqliyyat arteriyalarından biridir:
"Hörmüz boğazı ətrafında yaranmış vəziyyət davam edən müharibə fonunda prosesləri daha da mürəkkəbləşdirən amillərdən biri kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, Hörmüz boğazı dünyanın əsas nəqliyyat arteriyalarından biridir. Xüsusilə də dünya neftinin və qazının əhəmiyyətli hissəsi -təxminən 20–25 faizi məhz bu boğaz vasitəsilə qlobal enerji bazarına çıxarılır. Bu səbəbdən İranın bu boğazı bağlamağa cəhd etməsi ABŞ və İsrailə təsir göstərmək məqsədi daşıyır. Yəni İranın müharibə şəraitində istifadə edə biləcəyi əsas vasitələrdən biri məhz Hörmüz boğazını bağlamaqdır".
O qeyd edib ki, Hörmüz boğazı heç bir ölkənin deyil:
"Hörmüz boğazı heç bir ölkənin -nə İranın, nə də Omanın yurisdiksiyası altında deyil. Bu ərazi beynəlxalq gəmiçilik üçün açıq və azad keçid zonası hesab olunur. Yəni dünyanın bütün dövlətlərinin ticarət və hərbi gəmiləri bu boğazdan sərbəst şəkildə keçə bilər. Hazırda müşahidə olunan odur ki, ABŞ müxtəlif vasitələrlə Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti yumşaltmağa və gəmilərin keçidi üçün mövcud maneələri aradan qaldırmağa çalışır. Çünki boğazın bağlanması həm ABŞ, həm də bir sıra digər dövlətlər, xüsusilə də Qərb ölkələri üçün ciddi problemlər yarada bilər. Belə olan halda dünya enerji bazarında qiymətlər sürətlə artır".
M.Məmmədli vurğulayıb ki, yaxın gələcəkdə ABŞ bu məsələdə bəzi Avropa müttəfiqləri ilə birlikdə hərəkət edə bilər:
"Vaşinqton çalışır ki, Hörmüz boğazında yaranmış vəziyyəti təkbaşına deyil, Avropa ölkələri ilə birlikdə həll etsin və nəzarət altına alsın. ABŞ hesab edir ki, Avropalı müttəfiqlərlə birgə hərəkət etmək daha effektiv nəticə verə və İranın mövqeyinə təsir göstərə bilər. Eyni zamanda bu, təhlükəsizlik baxımından riskləri də azaldar. 
Hazırda bəzi Avropa dövlətlərinin mövqeyinə baxdıqda görürük ki, onların bir hissəsi Donald Trampın təklifini qəbul etməyərək bundan imtina edir. Digərləri isə bildirir ki, bu təklif hələ müzakirə mərhələsindədir. Donald Trampın bu təşəbbüsü müəyyən Avropa ölkələri tərəfindən qəbul edilə bilər. Lakin mövcud vəziyyət göstərir ki, Almaniya kimi aparıcı Avropa dövlətləri hələlik bu təklifi dəstəkləməyiblər. Yaxın gələcəkdə ABŞ bu məsələdə bəzi Avropa müttəfiqləri ilə birlikdə hərəkət edə bilər". 
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 18 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe zelzele valyuta