Elçin Əmirbəyov: "Biz heç vaxt Ermənistanla sülhə bu qədər yaxın olmamışıq"

Elçin Əmirbəyov: "Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Qudzon İnstitutundakı onlayn seminarda çıxışı zamanı deyib.
"Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub", – deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.
Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar.
"Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran problemin, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik".
Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, vaxtı açıqlamaq yersizdir.
"Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin biz bu münaqişənin ən ekzistensial səbəbinə, daha doğrusu Ermənistan Konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, uzağa gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər tez yekun qərara gələrik", – deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib./Oxu.az

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev 

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim"

Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?

Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır. Ermənistanın yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi ictimaiyyətə açıqlanacağı gözlənilir. Baş nazir Nikol Paşinyan da həmin gün məsəl

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. "Tbilisid

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan valyuta mezennesi banklar