Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdü

Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdüİran rəhbəri Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli İran mediasında tənqidlərə məruz qalıb.
KONKRET.az xəbər verir ki, proses Azərbaycan Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29 dekabrda keçirilən mərasimdə Azərbaycan və Türkiyəyə qarşı işlədilən təhqiramiz ifadələrə görə İran hakimiyyətini tənqid edən açıqlamasından sonra başlayıb.
İanın "Cümhuri İslam" qəzeti Ərdəbildə keçirilən mərasimə və orada səsləndirilən ifadələrə qarşı çıxıb, bunun qonşu ölkələrlə münasibətlərin gərginləşməsinə xidmət etdiyini yazıb:
"Əldə edilən məlumatlar göstərir ki, məsələ Bakı rəsmilərini təhqir etməkdən, siyasi təhqirdən də artıq olub. Burada işlədilən ifadələr əxlaq və ədəb qaydalarına, o cümlədən şəriət qanunlarına da ziddir".
"Cümhuri İslam" qəzeti Səfəvi-Osmanlı arasında baş verən Çaldıran müharibəsinin üstündən 5 əsr keçdiyini xatırladıb və "Çaldıran şəhidləri" adı altında baş tutan mərasimin lazımsız olduğunu bildirib, bunun başqa məqsədlərə xidmət etdiyinə diqqət çəkib.
Qəzet Həsən Amulinin əyalətin mədəni hadisələri ilə bağlı baş verənlərə cavabdeh olduğunu xatırladıb, onun belə bir tədbir təşkil etməsinin, tədbirdə nalayiq ifadələrin işlədilməsinə göz yummasının başadüşülən olmadığını qeyd edib.
İranın bir sıra digər media qurumları da bu mövqeyi nümayiş etdirib.
Bunun ardınca isə bəzi rəsmilər sosial şəbəkələrdə Amuliyə dəstək kampaniyasına start veriblər. Kampaniyaya SEPAH-a bağlı "Bəsic" (könüllülər ordusu) üzvləri, bir qrup fars millətçisi və bir neçə millət vəkili qoşulub. Təbrizdən İran parlamentinə göndərilən və Azərbaycana qarşı çıxışları ilə tanınan Ruhullah Mütəfəkkir Azad da kampaniyanın önündə gedənlərdəndir.
Ərdəbil əyalətinin İslami Təbliğat Təşkilatı da Həsən Amuliyə dəstək paylaşımı edib, ona və onu cümə imamı təyin edənə uğurlar arzu edib.
Cümə imamına dəstək kampaniyası Güney Azərbaycan şəhərlərində etirazlarla qarşılanıb. Ərdəbilli sosial media istifadəçiləri paylaşımlarında Həsən Amulinin Ərdəbil adından danışmasına, Ərdəbilin onunla tanınmasına görə utandıqlarını yazıblar.
Qeyd edək ki, Həsən Amuliyə dəstək verən millət vəkili Ruhullah Mütəfəkkir Azad İran Prezidenti Məsud Pezeşkianın əleyhdarlarından hesab edilir. O, prezident seçkiləri zamanı mühafizəkar siyasi cərəyana mənsub şəxslərlə eyni cərgədə dayanıb, Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyib.
Buna görə, təbrizlilər ona qarşı bəyanatlar yayıb, onun Təbrizi təmsil etmədiyini, hakimiyyətin mühafizəkar qanadının dəstəyi ilə parlamentə təyin olunduğunu bildiriblər./axaraz

Siyasi       Tarix: 11 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər son xeber.az xəbər.az valyuta mezennesi 2026