Elmar Məmmədyarov açıqlaması ilə gündəm oldu
AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov açıqlaması ilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
KONKRET.az xəbər verir ki, o, İK-nın iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edəcəyini bildirib.
Hətta E.Məmmədyarov əsas çempionata gələcək komandaların "Araz Naxçıvan" və "Zaqatala" olacağını deyib. Lakin AFFA sonradan keçmiş nazirin dediklərini təkzib edib. Federasiyadan bildirilib ki, Premyer Liqada "Şamaxı" birinci diviziona düşəcək və komanda sayı 10 olacaq.
Elmar Məmmədyarov isə yanlış məlumatına görə tənqid hədəfinə tuş gəlib.
AFFA-nın baş katibi Sərxan Hacıyev də jurnalistlərə açıqlamasında Elmar Məmmədyarovun dediklərini təkzib edib:
"Premyer Liqada komanda sayı artırılmayıb. Ola bilər ki, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. "Şamaxı" sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. "Araz Naxçıvan" isə Premyer Liqada mübarizə aparacaq".//Qafqazinfo










Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi