Elnur Bağırov təbii inhisarçılarla 'vuruşa' biləcəkmi yaxud 'vuruşmaq' istəyəcəkmi?

Elnur Bağırov təbii inhisarçılarla 'vuruşa' biləcəkmi yaxud 'vuruşmaq' istəyəcəkmi?Ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi.
Yəni anlaşıqlı desək, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.
Ümumiyyətlə, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb.
Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb.
Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb.
İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib.
Yeni struktur və yeni Əsasnamə qəbul edilib.
Rəqabət Məcəlləsindən sonra bunlar gözlənilən idi.
Görünür ki , hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir.
Ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb. Xüsusəın də 17 il qəbul edilməyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub.
eSatınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib.
Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub.
Lakin rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi.
Təbii inhisarçılarla vəziyyət daha dözülməz idi. Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların "kartel sövdələşməsi" etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər.
Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıalrn hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda.
Bəzən böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir.
İndi Prezidentin Sərəncamı ilə, köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin Sədri təyin edilib.
Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub.
Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin də incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib.
Məmməd müəllimdən fərqli olaraq Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür.
Birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.
"Vuruşa" biləcəkmi, yaxud "vuruşmaq" istəyəcəkmi?
Onu da yaxınlarda görəcəyik.
Elnur müəllimə uğurlar arzulayırıq! Elə Məmməd müəllimə də yeni fəaliyyətində uğurlar arzulayırıq !
Osman Gündüz,
Azərbaycan İnternet Forumun prezidenti  / azxeber.com

İqtisadiyyat       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 son xəbər sonxabar son.xeber