"Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik" – Məhkəmə

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.
Zərərçəkən Ramin İbrahimov bildirib ki, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramovanı Türkiyədə çalışan həkim Həmidə Qarayeva tövsiyə edib. Zərərçəkən övladının əməlliyyatı üçün Aynur Bayramova vasitəsi ilə tanış olduğu Nuridə Seyidovaya 15 min dollar ödədiyini bildirib. A.Bayramova ona deyib ki, N.Seyidova zərərçəkənin övladının əməliyyat pulunun qalan hissəsini sponsor kimi ödəyəcək.
Nuridə Seyidova bildirib ki, verilən pulun 10 min dollarını Aynur Bayramovaya verib. A.Bayramova bu iddianı qəbul etməyib.
Zərərçəkən Sevinc Səmədova isə həyat yoldaşı böyrək xəstəsi olduğunu, 2023-cü ilin avqustunda dünyasını dəyişdiyini bildirib.
Qeyd edib ki, Gömrük Xəstəxanasında Mircəlal doktor ona Aysel Məmmədova ilə danışmağı tpvsiyə edib: "Mircəlal həkim mənə dedi ki, bizə Aysel xanım kömək edə bilər. Onun nömrəsini alıb danışdım. Söylədi ki, 45 min manat ödəməliyəm. Mircəlal doktor dedi ki, əməliyyatla bağlı narahat olmayaq. Daha öncə 5 nəfər əməliyyat edilib. Biz əlimizdəki pulları yığdıq. Bizə hətta yaxınlarımız da kömək etdi və 22 min 500 manat topladıq. Həmin pulu yanvarda Aysel Məmmədovaya verdik. Dedi ki, Nuridə Seyidova qalanını verəcək. O, sponsordur və xəstəxana ilə müqaviləsi var. Amma əməlliyyat baş tutmadı. Yoldaşımın vəziyyəti pisləşdi. Sonradan Aysel Məmmədova dedi ki, 10 günə məlumat verəcək və kömək ediləcək.
Həmin müddətdən sonra yenidən Aysel Məmmədova ilə danışanda bizə "Mircəlal həkim sizə məlumat verməyib? Polislər gəlib, istintaq gedir", dedi. Yoldaşımın vəziyyəti pisləşdi. Əməliyyat üçün pulumuz çatmadı. Onlara görə yoldaşım həyatını itirib. Mircəlal həkim isə dedi ki, mənlik deyil".
O, əlavə edib ki, Aysel Məmmədova həmin puldan 15 min 500 manatı qaytarıb. Hazırda qalan 7 min 500 manatı tələb edir.
Zərərçəkən Aytəkin İsayeva isə deyib ki, böyrək xəstəliyindən əziyyət çəkir. O, Nuridə Seyidovanı sosial şəbəkədəki elanda gördüyünü, ona 19 min manat pul ödədiyini bildirib.
Nuridə Seyidova bildirib ki, zərərçəkənin qızı Aynur Bayramova ilə tanış olub. Onlar vasitəsi ilə N.Seyidova zərərçəkənlə tanış olub. Lakin, ondan 6 min manat pul alınıb. Aytəkin İsayeva isə Aynur Bayramovanı tanımadığını bildirib.
Digər zərərçəkən Elxan Əliyev ifadə verəndə Aynur Bayramovanın təzyiqi qalxıb. O, həkimin müayinəsindən sonra zaldan çıxarılmasını istəyib. Aynur Bayramova bildirib ki, sirroz xəstəsidir və əməliyyata ehtiyac var: "Mənim tək günahım xəstələrin yanında olmaq olub. Xəstələrin yanında olduğum üçün hazırda əziyyət çəkirəm".
Proses fevralın 19-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə       Tarix: 12 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxda avtomobil yandı

Qazaxda avtomobil yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub

Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. oxuaz-a istinadən xəbər verir ki, deputatın qız

Ordubadda obyektə zərər vuran şəxs saxlanıldı

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin qarşısındakı əraziyə ağır texnika vasitəsilə zərər vurulmas

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. KONKRET.azxəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib. Deqədi-Astara istiqamətində hərəkətdə olan "Qazel" markalı marşrut avtobusu Deqədi kənd

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü

Cəlilabadda azyaşlını yüksək hərarətdən qıcolma tutub. xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı A. Y. yüksək hərarət səbəbilə qıcolma keçirib və o, dünyasını dəyişib. Faktl

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. -a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illə


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən xəbər sonxəbər son.xeber