"Emosiyalarımı saxlaya bilmədim" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik. "Qəbələ"yə uğurlar arzu edirəm".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qəbələ" ilə (1:2) matçından sonra mətbuat konfransında deyib.
– Kevin Medianının epizodunu necə dəyərləndirirsiz?
– Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi. Kevin də özünü saxlaya bilməyib cavab zərbəsi vurdu.
– İlk dəfədir qırmızı vərəqə alırsınız…
– Yox, ikincidir. "İnter"lə oyunda qırmızı vərəqə görmüşdüm. Onda da oyunçumuzu vurmuşdular.
– İlk sarı vərəqəni nəyə görə gördünüz?
– Kənardan mənim oyunçuma müdaxilə oldu. Müdaxilə edən şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim.
– Oyundan sonra hakimlə nə danışırdınız?
– Hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci sarı verdirdi. Bəzən dördüncü hakimlər oyuna çox müdaxilə edirlər.
– Andrey Lunyovun performansını necə dəyərləndirirsiz?
– Bu gün çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olmalıdır. Çempinoat gərgin gedir, bəzən düşünmədiyiniz hallar yaşanır. Düşünməzdik ki, 10 nəfərdə qalarıq. Belə hallara hazır olmalıyıq.
– İlk 10 dəqiqədə iki qol vurduz. Amma bundan sonra komandanın oyunu dəyişdi. Arxayınlıq ola bilər?
– Ola bilər. Amma inanmıram ki, ciddi arxayınlıq olsun. Kənardan biz də müdaxilə edirdik. Rəqib itiriləcək bir şeyi olmayanda riskə gedir. Bu riskə hazır olmaq lazımdır.
– Kevin Medinanı intizamsızlığı ilə bağlı onu cəza gözləyir?
– Hamısı bu cür davranışlara görə cəzalarını alırlar. Futbolçuları da başa düşmək lazımdır. Onların da xarakteri var. Amma bu cür qırmızı vərəqəyə görə cəzalarını alırlar.
– Nəriman Axundzadəyə bundan sonra da güvənəcəksiz?
– Az oynamayıb. Bundan sonra da ona güvənəcəyik. Öz üzərində çox işləməldiir. Potensialı böyükdür. Amma futbol haqda daha çox düşünməldiir.
– Nərimanın U-21 millisinə dəvət olunmaması ilə bağlı mediada belə iddialar var ki, futbolçu "Qalatasaray"la matç zamanı milliyə getmək istəməyib. Bundan sonra da baş məşqçi Samir Əliyev ona dəvət göndərmir. Bu haqda sizin fikirləriniz necədir?
– Deyə bilmərəm niyə çağırılmır. Səhv etmirəmsə, "Qalatasaray"la oyundan əvvəl futbolçularımınızın az olması ilə bağlı Samir Əliyevlə danışığımız olmuşdu. Bizə belə fikirlər çatıb ki, məsuliyyətsizliyi var. Amma dəqiq bilmirəm.

İdman       Tarix: 25 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər havanın temperaturu xeberler azerbaycan son xəbərlər azərbaycanda