Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad edildiyi barədə iddia yayılıb. Məlumat onun Azərbaycandakı məktəbli geyimi qaydaları ilə bağlı çıxışının doğurduğu müzakirələr fonunda gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Türkiyənin sosial media məkanında Saralın artıq vəzifədən çıxarıldığı iddia olunur.
Saralın adı bundan əvvəl də Ankara–Bakı münasibətləri barədə xəbərlərdə çəkilib. "Sözcü"nün oktyabrın 20-də "Middle East Eye" nəşrinə istinadən yaydığı məlumatda Azərbaycan tərəfinin onun vəzifədən çıxarılmasını istədiyi irəli sürülüb. Həmin məlumat da rəsmi bəyanata deyil, mənbələrin söylədiklərinə əsaslanan iddia kimi təqdim olunub.
Müzakirələr Saralın Azərbaycanda başörtülü şagirdlərin təhsil hüququnun əngəlləndiyini söyləməsindən sonra başlayıb. Onun Azərbaycan dövlətinin ünvanına təhdid dolu çıxışları ölkəmizdə xoş qarşılanmamışdı.
Beləliklə, Saralın vəzifədən çıxarılmasının istənilməsi, mümkün istefası və artıq işdən azad edilməsi barədə xəbərlər Türkiyə mediasını başına götürüb. Qarşıdakı dəqiqələrdə daha dəqiq məlumat yayılacaq.
Mənbə:
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ