Erməni deputat bacısı Anna Akopyanın tərəfini saxladı: "O, siyasətlə çox az maraqlanır"
"Ovik Ağazaryanın mandatının əlindən alınması tələbinin baş nazirin həyat yoldaşı Anna Akopyan tərəfindən irəli sürülməsi haqda informasiya yalandır. Guya o, israr edib ki, Ovik Ağazaryan istənilən halda mandatından məhrum edilməlidir".
KONKRET.az xəbər verir ki, bunu "Vətəndaş müqaviləsi" partiyasının deputatı, Anna Akopyanın qardaşı Qraçya Akopyan deyib.
"Xanım Anna Akopyan "Mənim addımım" fondunda işləyir. Bu, heç bir şəkildə hakim partiya və ya hakim fraksiya ilə əlaqəli deyil. Bunlar tamam başqa işlərdir. Sizi əmin edirəm ki, xanım Anna Akopyan tərəfindən belə tələb olmayıb. Ümumiyyətlə, o, siyasətlə çox az maraqlanır", – deyə Qraçya Akopyan bildirib.
Deputat qarşıdan gələn seçkilərdə "Vətəndaş müqaviləsi" partiyasının siyahısına Anna Akopyanın başçılıq edəcəyi xəbərinə də münasibət bildirib:
"Çox şey deyirlər. Məni siqaret qaçaqmalçılığında da ittiham etdilər. Və bütün məhkəmələrdə qalib gəldim, hətta məndən üzr də istədilər".
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var