Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər - Foto
Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur.
Atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrikedici və ya intizamsız davranışları da diqqət çəkir. Belə ki, bir neçə gün əvvəl erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər.
Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi.
Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi, yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əsgərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda, bu cəzanı Azərbaycan özü təmin edəcək.
O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.
Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri MN rəhbərliyinə tapşırıq verir, lakin əsgərləri yenə də təxribatlara əl atır. Bu isə Paşinyanın "Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - açıqlamasına dair sual doğurur.
//qafqazinfo.az

/ azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var