Erməni idmançının təxribatı ilə bağlı şikayət qəbul olundu

Erməni idmançının təxribatı ilə bağlı şikayət qəbul olunduAzərbaycan Tennis Federasiyasının erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Australian Open" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına göndərdiyi məktub qəbul olunub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının məktubunda qeyd olunur:
"Beynəlxalq Tennis Federasiyası Karen Xaçanovun "Australian Open" çempionatında keçirdiyi oyunların sonunda meydançadakı kameraya yazdığı mesajla bağlı şikayətinizi qəbul edib. Beynəlxalq Tennis Federasiyası şikayətinizi "Australian Open" turnirinin təşkilatçısı olan "Tennis Australia"ya yönləndirdi. "Böyük Dəbilqə" Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və "Böyük Dəbilqə"nin İdarə Heyəti "Australian Open" turniri və tədbirdə iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir. Onlar "Böyük Dəbilqə" Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcək".
Azərbaycan Tennis Federasiyasından isə bildirilib ki, Beynəlxalq Tennis Federasiyası qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da, Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbirin görülməməsi ciddi narahatlıq doğurur. Ona görə də, əvvəlki təxribatlar da nəzərə alınmaqla, erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəlxalq quruma müraciət ünvanlanacaq.
Xatırladaq ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı yazıb. Yarışda, həmçinin Ermənistanla yanaşı, separatçı rejiminin bayrağı açılıb.
Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.

İdman       Tarix: 25 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray"ın baş məşqçisi meydandan qovuldu

Super Liqanın 12-ci turunda "Qalatasaray"- "Samsunspor" matçının son fiti səsləndikdən sonra baş verənlər gündəm olub. xəbər verir ki, matç başa çatdıqdan sonra hakim Ali Şansalanla əl sıxmayan "Qalatasaray"ı

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

Konfrans Liqası: III turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın "Atalanta" klubu Qazaxıstanın "Kayrat"

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

AVRO-2028: Rusiya millisi iştirak etməyəcək

Rusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcək. APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın "Sport-Express" nəşri UEFA-nın ba

Millimiz yoldaşlıq oyununa çıxacaq

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək. KONKRET.azxəbər verir ki, Ayxan Abbasovun yetirmələri səfərdə Andorra seçməsi ilə üz-üzə gələcək. Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı il

Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər. xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşm

Lukaku millidəki karyerasını başa vurdu

"Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandada keçirdiy


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər krimnal xeber xəbər cəbhədən son durum