Erməni kilsəsi: "Dəhşətli günahlar içindəyik. Bütün bunlardan sonra biz kef içində yox, yasda, sükutda, dualarda olmalıyıq"

Erməni kilsəsi: Öz qonşularına daim nifrət edən bir xalq məhvə məhkumdur. Yalnız kin – küdurət mənbəyi olan bu toplum qonşu xalqların milli dəyərlərinə sahib çıxmaq, tarixi saxtalaşdırmaqla varlığını sübut etməyə çalışır. Yüz illər davam edən bu siyasət bir xaıqın sonunu gətirməkdədir. "Ən qədim xalq"ların arasına soxulmağa çalışanların milli ideologiyasının formalaşmasında əsas rol oynayan erməni kilsəsidir. Bu qurum həm də bir xalqı məhvə aparan faşist siyasətin dəstəkçisidir. Əslində din pərdəsi altında gizlənməyə çalışan bir qrup terrorist zərərli erməni ideologiyasının yayılmasında geniş təbliğat aparır.
Ümumiyyətlə, xristianlıqdan ermənilər ultramillətçilik ideyalarının pərdələnməsində vasitə kimi istifadə ediblər. Vaxtilə daşnakların ABŞ-da nəşr etdirdikləri "Ayrenik Ukli" qəzetinin 1935-ci il, 29 mart tarixli sayında faşist Qaragin Njdenin "silahdaşlarından" olan Ceyms Mandalyanın redaktorluğu ilə yayımlanan məqalədə deyilir:
"Xristianlığı milli dinimiz kimi qəbul etməklə biz xalq olaraq daha çox itirmişik. Bizim xristianlığa minnətdar olmağımız üçün heç bir əsas yoxdur, əksinə xristianlığı ittiham etmək üçün çox şey var… "Erməni məsələsi" xristianlığı qəbul etməklə ziyan çəkdi. Bu avantüra bizə nə xeyir, nə də rahatlıq gətirdi".
Göründüyü kimi, özlərini "xristianlığı ilk qəbul edən xalq" kimi dünyaya sırımağa və bundan öz əsassız iddiaları, qanlı məqsədləri üçün yararlanmağa çalışan ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar Tanrıya və onun dinlərinə belə öz iyrənc məqsədlərini həyata keçirmək üçün ideoloji vasitə kimi yanaşırlar. İndi din pərdəsi altına sığınan erməni millətçilərin "Qarabağda xristianların acından ölməsi" barədə kampaniyasına dəstək verən qüvvələr yalnız xristian təssübkeşliyi nümayiş etdirir. Eçmədzin kilsəsindən dünya xristianlarına edilən müraciətlər və yalvarışların arxasında yalnız bir məqsəd dayanır.
Bütün dövrlərdə Ermənistanda keşişlərin mövqeyi dövlətin mövqeyi ilə üst -üstə düşüb və Azərbaycana olan düşmənçilikdə dövlət və din vahid cəbhədə birləşib.
Eçmiədzin kilsəsinin bu məsələdə fəallığı isə daha çoxdur. Keşiş Ovannes Hovhanesyan isə xalqı qisasa səsləyir:
"Dəhşətli günahlar içindəyik. Bütün bunlardan sonra biz kef içində yox, yasda, sükutda, dualarda olmalıyıq. Xarici dövlətlər bizə kömək etməlidir. Biz göstərməliyik ki, biz doğrudan da erməniyik, xristianıq, bizim Allahımız, kilsəmiz, ocağımız var, bunu sübut etməliyik. Qarabağı xilas etməliyik, Qarabağ Ermənistanın qapısıdır. Amma həmin qapı bağlıdır", – deyə keşiş bildirib.
Beləcə, Ermənistanda din adamları sadə insanların beyinlərini zəhərləyib, zərərli ideologiyanı təbliğ etməklə erməni xalqını məhvə aparır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər xabar az cəbhədən canlı metbuat