Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun BayramovErmənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
Bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb", - o bildirib.
Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:
"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər techizatlarının da ləğv olunması vacib amildir".
Trend / azxeber.com

Siyasi       Tarix: 13 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler xeber saytlari idman xeberleri cəbhədən görüntülər