"Ermənistan müharibəyə təhrik edilir" — Bəhruz Məmmədzadə

"Son günlər Fransa və Hindistanın Ermənistana silah tədarükü prosesi gedir, bu da bölgədə geosiyasi gərginliyin artmasına səbəb olur".
Bunu xalqcəbhəsi.az-a açıqlamasında "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri, hərbi ekspert Bəhruz Məmmədzadə deyib.
Ekspert bildirib ki, Ermənistan Fransadan "Caesar" özüyeriyən artilleriya sistemləri alır: "Bu sistemlər yüksək dəqiqlik və hərəkət qabiliyyəti ilə tanınır və hücum xarakterli silahlar hesab olunur. Fransanın bu addımını, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməsi kimi qiymətləndirmək olar. Bu silahların Ermənistana verilməsi bölgədə sülhə mane olur, müharibə ehtimalını yüksəldir. Qərb Cənubi Qafqazda sabitliyi pozmaq, yenidən münaqişə ocağı yaratmağa çalışır. Ermənistan Fransa ilə yanaşı Hindistandan da müxtəlif silahlar, o cümlədən artilleriya və zenit sistemləri tədarük edir. Hindistan da bununla bölgədə təsirini artırmağa cəhdiedir. Dövlətimiz bu addımlara qarşı hər zaman sərt şəkildə öz münasibətini bildirib. Xüsusilə vurğulayıram ki, Ermənistanın bu silahları Azərbaycana qarşı istifadə edə biləcəyi ehtimalı yüksəkdir. Yəni Ermənistan müharibəyə təhrik edilir".
B.Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycanın bu silah tədarükünə qarşı reaksiyası kəskin olmalıdır: "Hökumət bu addımları bölgədəki mövcud sülh prosesinə təhlükə kimi qiymətləndirməli, Fransa və Hindistanın hərəkətlərinə sərt reaksiya verməlidir. Azərbaycan müttəfiqləri ilə hərbi əməkdaşlığını gücləndirməli və beynəlxalq platformalarda bu məsələni qaldırmalıdır.
Qərb silah tədarükünü həyata keçirməklə bölgədə strateji üstünlük əldə etmək istəyir. Azərbaycan dövləti isə bu məsələni diqqətdə saxlayır və sülhə mane olan addımlara qarşı mövqeyini sərt şəkildə ifadə edir.
Ermənistanın hərbi büdcəsini artırması, regionda geosiyasi və təhlükəsizlik dinamikalarının dəyişməsi ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Ermənistan son illərdə həm daxili siyasi gərginliklər, həm də regionda baş verən münaqişələr fonunda hərbi gücünü modernləşdirməyə çalışır.
2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ciddi islahatlara və modernləşdirməyə ehtiyacı olduğu açıq şəkildə görünür. Bu səbəbdən hərbi büdcənin artırılması, texniki təchizatın yenilənməsi və ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır.
Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli bir mövqeyə malikdir və bəzi regional gərginliklər fonunda müdafiə qabiliyyətini artırmağa ehtiyac duyur.
Ermənistanla həll olunmamış problemlər və sərhəd insidentləri hərbi hazırlığın artırılmasını zəruri edir.
Azərbaycanın hərbi büdcəsinin artırılmasına, regional təhlükəsizlik, milli müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var idi. Bu məqsədlə də 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını müsbət dəyərləndirmək olar". / azxeber.com

Siyasi       Tarix: 28 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler xeberlər en sonxeber sou xeberler bugun