Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyanat yaydı: "Təəssüflənirik"
Azərbaycan komandasının çempionatı tərk etmək qərarına təəssüflənirik".
KONKRET.az xəbər verir ki, İrəvanda baş verən təxribatdan 4 gün keçəndən sonra Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
"2023-cü il ağır çəkidə Avropa çempionatının ev sahibi tərəf olaraq aprelin 14-də çempionatın açılış mərasimi zamanı Azərbaycan Respublikasının dövlət bayrağı ilə bağlı baş vermiş insidenti ciddi narahatlıqla qarşıladıq. Mərasim zamanı "dərhal aradan qaldırılan və təbii gedişata heç bir maneə yaratmayan" insident Ermənistan hakimiyyətinin mövqeyini əks etdirmir, idman dəyərləri və ümumbəşəri prinsiplər baxımından qınanır.
Eyni zamanda, Azərbaycan komandasının çempionatı tərk etmək qərarını təəssüflə qeyd edirik. Və əlavə edirik ki, təhlükəsizliklə bağlı "heç bir problem olmayıb". Çünki Ermənistan hökuməti bütün təhlükəsizlik standartlarını "təmin edib" və təmin etməkdə davam edir.
Hökumət Azərbaycan idmançıları üçün əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı əvvəlki öhdəliyinə "sadiq qalıb". Azərbaycan idmançılarının iki günə yaxın Ermənistanda sağ-salamat olmaları, çempionatı tərk etmək barədə qərar qəbul etdikdən sonra müvafiq xidmətlər tərəfindən onların təhlükəsiz yola düşməsi buna sübutdur".
P.S. Bu yerdə Məşədi İbad yada düşür… Hələ dilləri var, danışırlar da. Utanmadan yalan danışırlar. Nə böyük iş görüblər: 2 gün idmançılarımız salamat qalıb, oteldə təhlükəsiz şəraitdə olublar, təhlükəsiz qaydada yola düşüblər. Yalançıya lənət! Yox bir, öldürüb yola salaydınız.
Amma deyəsən, qorxu güc gəlib, "şir"ə dönüb etdiyiniz alçaqlığın fərqinə varmağa başlayırsınız. Siz körpüləri çoxdan yandırmısınız, 30 il bundan qabaq… Nəticəsi də ağır olub sizin üçün, gözəl bilirsiniz.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi