Ermənistan-Türkiyə sərhədində nələr yaşanır?
Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, qəsəbə sakinləri "Hraparak"a dronun bir neçə ərazidə göründüyünü bildiriblər.
Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb. Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib.
İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər. Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb.
Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib:
"Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib. Ən gec iki gündə bir mütləq görürük. Bunun həm görünüşü, həm də səsi əvvəlkilərdən fərqlidir. Səsinə, uçuş hündürlüyünə və formasına görə onun hansı dron olduğunu artıq bilirik".
"Hraparak" məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik sərhəddə heç bir qeyri-qanuni uçuşun qeydə alınmadığını bildirib.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var