Ermənistan üçün "Minsk tələsi" – Paşinyan 3 stulun arasında qalıb

Ermənistan üçün Ermənistanda milli siyasətin çoxsaylı xüsusiyyətləri arasında bir cəhət də var: onlar super layihələr icad etməyi xoşlayırlar və hesab edirlər ki, sadəcə onları həyata keçirmək lazımdır, o zaman kiçik və çox əziyyət çəkən Ermənistan cənnətin açarlarını alacaq. Belə bir "erməni meqa arzusu"nun əsas rolunu "Vudro Vilsonun arbitraj qərarı", "Arsaxın (Qarabağdakı qondarma rejim) öz müqəddəratını təyinetmə hüququnun tanınması" və digər şeylər oynayıb. İndi "erməni arzusu" Minsk Qrupunun reanimasiyası qarşısında minimuma qədər daralıb.
KONKRET.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu "erməni diplomatik arzusu"nun reallaşma şansları barədə çox aydın danışıb.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında çıxış edən dövlət başçısı vurğulayıb ki, "Artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşdıq".
Sonra xəbərdarlıq edib: "Lakin təəssüf ki, erməni tərəfi və digərləri bu qrupu diriltmək istəyirlər. Demək istəyirəm ki, bu mümkün deyil. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı istənilən spekulyasiya regionda sülhün bərqərar olmasına dağıdıcı təsir göstərəcək".
Sözün düzü, Azərbaycanın təkcə Minsk Qrupu çərçivəsində danışıqlardan imtina etməsi bu qurumu siyasi yoxluğa (əgər 44 günlük müharibə başqasına bəs etmirsə) göndərmək üçün kifayətdir. Üstəlik, vasitəçilər arasında "razılıq yoxdur".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən deyib: "Prinsipcə, biz Minsk Qrupunu müzakirə etmədik, çünki o, amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırıb".
Onlar da öz növbəsində öz versiyalarını təqdim edirlər: deyirlər ki, rusiyalı həmsədr amerikalı və fransız həmkarları ilə görüşə gəlməkdən imtina edib. Üstəlik, ABŞ bu yaxınlarda həmsədrini dəyişib və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu yaxınlarda bəyan edib ki, ABŞ Minsk Qrupu həmsədrləri çərçivəsində prosesi dəstəkləyir:
"Biz inanırıq ki, bu, xüsusilə Dağlıq Qarabağla (belə ifadə və subyekt artıq mövcud deyil) bağlı çox vacib formatdır və bizim sülhü təşviq etməyə çalışdığımız müxtəlif formatların olması son dərəcə vacibdir".
Vaşinqtonun motivləri, bir daha qeyd edirik, izah olunandır. Minsk Qrupu ABŞ-ın təmsil olunduğu yeganə formatdır və onlar oyundan kənarda qalmaq istəmirlər.
İrəvanda isə on ildən artıqdır ki, özlərinə verdikləri şişirdilmiş "qiymətdən" əziyyət çəkirlər. Ancaq deyəsən, Nikol Vovayeviç yenə özünü aldadıb. Və hesablamayıb ki, onun üç stul arasındakı manevrləri gülünc vəziyyətə düşüb. İstər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ-la flört etmək niyyəti Ermənistan hakimiyyətinin səriştəsizliyindən xəbər verir. Minval.az-ın şərhində deyilir ki, bu hakimiyyət məmnuniyyətlə özünü bəzi güc mərkəzlərinin digərlərinə qarşı siyasətinin aləti kimi təqdim edir, lakin bu rolu da sonadək oynaya bilmir.
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler xeber saytlari idman xeberleri cəbhədən görüntülər