Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq
Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.
Regionun digər qonşusu - Türkiyə ilə münasibətlərin normallaşmasından danışarkən, o, Ermənistanın bu məsələdə konstruktiv yanaşmasını vurğulayıb.
"Eyni şəkildə biz Türkiyə ilə dialoqu qısa zamanda müsbət sonluğa çatdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Bu barədə həm Ermənistan, həm də Türkiyə mütəmadi olaraq bəyanatlar veriblər. Müəyyən mənada, bu proseslər hətta Ukrayna ətrafında baş verən hadisələri qabaqlaya və ya onlarla paralel gedə bilər", - A.Mirzoyan bildirib.
report / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır