Ermənistana görə KTMT-nin büdcəsinə yenidən baxılacaq
"Ermənistan hakimiyyətinin hesablanmış pulu ödəməkdən imtina etməsi səbəbindən KTMT-nin cari il üçün büdcəsinə düzəliş etmək lazımdır".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirmişdi ki, İrəvan təşkilatın fəaliyyətini maliyyələşdirməkdən çəkinmək qərarına gəlib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, KTMT Katibliyi mövcud ehtiyatlardan istifadə etməli olacaq. Şöbə qeyd edib ki, vəsaitin yenidən bölüşdürülməsindən söhbət getmir.
"Bəzi parametrlərə görə, KTMT Katibliyi və KTMT-nin Birgə Qərargahı xərclərini azaldıb, lakin ilk növbədə İrəvanın öz əməkdaşlarını müvafiq strukturlardakı kvota vəzifələrinə geri çağırması və ya təyin etməməsi ilə bağlıdır", – Rusiya XİN-dən Rusiya mətbuatına bildiriblər.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Fevralda Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Bundan sonra İrəvan Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanında işini dayandırmaq qərarı barədə Moskvanı xəbərdar edib.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu