Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq

Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq"Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir".
Azxeber.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibısində bildirib.
O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: "Amma cənab Prezidentin dediyi kimi Azərbaycan dövlətinin istəyi ən tez zamanda məcburi köçkünlərimizin öz torpaqlarına şərəfli və güvənli şəkildə qayıtması təmin olunmasıdır. Cənab Prezident söyləmişdi ki, biz zamana qarşı işləyirik, amma inşallah bizim xalqımızın, dövlətimizin niyyətidir ki, məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtsınlar".
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağı bacarmağına ehtiyac var:
"Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşnümürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsiini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək".
"Zəngəzur dəhlizinin açılması məsələsində üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın bir tərkib hissəsidir. Ona görə bu məsələdə də Ermənistanın bir öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması baxımından hər kəs üçün yaxşı fürsət olacaq. Amma təəssüf ki, bu məsələ ilə bağlı Ermənistanda qeyri-rasional, məntiqsiz fikirlər görürük", - H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi bildirib ki, 30 illik münaqişə müddətində Ermənistan tərəfi nümayişkaranə şəkildə Azərbaycanın mədəni və islam irsi işğal altındakı torpaqlarda məhv edirdi:
"Dəfələrlə UNESCO-ya müraciət etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edilib. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsisdir. UNESCO tərəfindən regiona gəlməklə bağlı müəyyən hazırlıq ifadə olunmuşdu. Biz onları qəbul etməyə hazırıq. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə əlaqədar Konvensiya əsas olmalı, onlara mandat verməlidir. Bunun əsasında da bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, onlara dəymiş ziyanın qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır".

Siyasi       Tarix: 06 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun krminal bu gun son xeber.az son xəbərlər bugün 2026