Ermənistandakı revanşistlər hərəkətə keçdi: "Qarabağ uğurunda yenidən savaşa başlamaq lazımdır"
Ermənistanda baş verən ictimai-siyasi hadisələr ölkədə ciddi fikir ayrılığının olmasından xəbər verir. Müxalifət Paşinyanın siyasi mövqeyini sərt tənqid edir və bildirir ki, baş nazir yeni güzəştlərə haqq qazandırmaq üçün zəmin hazırlayır. Onlar hesab edirlər ki, qondarma "erməni soyqırımı"nı gündəmdən çıxartmaqla Paşinyan erməni xalqının "mənəvi dəyərlərinə" zərbə vurur. Əslində nə baş verir və siyasi qüvvələrin iddia etdikləri məqamlar hansılardır?
KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Oqtay Qasımov bildirib ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi ideoloji virusa yoluxub:
"Ona görə də, hal hazırda Ermənistanda bu məsələylə bağlı qeyri-real və utopik iddialar səsləndirilir. Xüsusilə də özünü müxalifət adlandıran qüvvələr yenə Azərbaycana qarşı müharibə haqqında fikirləşirlər. Onlar ölkəmizlə hərbi toqquşmaya dair çağırışlar edirlər. Bu da Ermənistana heç də uğur gətirən məsələ deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu tipli açıqlamalar Ermənistanın daxili siyasi vəziyyətindən qaynaqlanır. Siyasi rəqiblər məhz bu tipli məsələlərdən bir-birinə qarşı istifadə etməyə çalışırlar. 2020-ci ildə həmin revanşistlərin liderləri hakimiyyətdə olsaydı belə, Azərbaycan həmin müharibədə qələbə qazanacaqdı. Azərbaycanın qələbəsinin Paşinyanın zəifliyinə bağlamaq sadəcə həmin qüvvələrin bir az da özünə təskinlik verməsi kimi dəyərləndirilə bilər. Əslində Ermənistanda rassional düşünən hər bir kəs bilirdi ki, işğalın bu qədər uzanması, Azərbaycanla normal münasibətlərin qurulmaması, Ermənistanın gələcəyi üçün ciddi nəticələrə gətirib çıxaracaq. Məhz həmin maksimalist siyasət Ermənistanın bütün iddialarının və planlarının məhv olmasına gətirib çıxartdı. Azərbaycan 2020-2023-cü illərdə özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Ermənistanda elə qüvvələr var ki, onlar hələdə xülyalarla yaşayırlar ki, Qarabağ uğurunda yenidən savaşa başlamaq lazımdır. Onlara elə gəlir ki, Qarabağı müharibə yolu ilə geri qaytara bilərlər. Bu qüvvələr yalnız müxalifətdə deyil, o cümlədən Ermənistan hakimiyyətinin və hakim partiyasının daxilində də mövcuddur".
Vəli Həsənoğlu,
KONKRET.az

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var